Qərb dövlətləri informasiya kampaniyaları pərdəsi altında daha çox dünyanın müxtəlif regionlarında özlərinin hərbi-siyasi maraqlarının irəli sürülməsi məqsədilə güc tətbiq edirlər. Bunu MDBİcraiyyə Komitəsinin sədriSergey Lebedevdeyib.
“Bu gün dünya mürəkkəb dövr yaşayır. Əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə vəziyyət mühüm dərəcədə pisləşib, bu da bizim narahatlığımıza səbəb olur. Son illərin təhlükəli tendensiyaları - qərb dövlətləri tərəfindən uydurma bəhanələrlə kütləvi və kobud informasiya kampaniyalarının keçirilməsi və özlərinin hərbi-siyasi maraqlarının irəli sürülməsi məqsədilə güc tətbiq olunmasıdır”, - S.Lebedev çərşənbə günü MDB ölkələri Müdafiə Nazirləri Şurasınıniclasında çıxışı zamanı bildirib.
O, “Suriyanin Duma şəhərində kimyəvi silahlardan istifadə və nəticədə, Suriyaya endirilən raket zərbələrini” misal çəkib. **