Xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın səfiri Neboyşa Rodiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
“Tərəflər Azərbaycan və Serbiya arasındakı əməkdaşlığın cari inkişaf səviyyəsindən və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə ediblər. E.Məmmədyarov N.Rodiçin iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi səylərini yüksək qiymətləndirdi”, - XİN-in mətbuat xidməti məlumat verir.
Nazir E.Məmmədyarov səfir N.Rodiçə gələcək fəaliyyətində uğurlar arzu etdi. **
N.Abbasova