Ötən il ərzində 92 ölkədə sülhsevərlik səviyyəsi pisləşib, baxmayaraq ki, 71 ölkədə bu indeksi yaxşılaşması qeydə alınıb - bu, son 4 il ərzində ən pis göstəricidir. Bu barədə Londonun İqtisadiyyat və Sülh İnstitutunun dərc etdiyi illik “Qlobal sülhsevərlikindeksi”ndə (“Global Peace Index”)qeyd olunur.
İndeksə əsasən, bir il ərzində dünya üçün orta indeks 0,27% - təxminən 2,1025-dək artıb. Burada ən yaxşı göstərici öncə olduğu kimi, İslandiyada - 1,096, ən pis göstərici - əvvəlki kimi, Suriyada - 3,6 olub
Reytinqdə Azərbaycan 132-ci yerdədir və il ərzində ölkənin mövqeyi iki pillə yüksəlib (indeks - 2,426).
Reytinqin tərtib olunması zamaı sosioloqlar aşağıdakı göstəriciləri təhlil edirlər: siyasi proqnozlaşdırma, iqtisadi sabitlik, insan haqları ilə vəziyyət, cəmiyyətin birlik səviyyəsi, terrorçuluq təhlükəsi səviyyəsi. **
A.Əzizov