Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycanatəyin olunan ilk fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib.Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“M.Seoane etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib. O, fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova