Göyçay rayonunda güclü yanğın nəticəsində 25 hektarlıq taxıl sahəsi və nar bağı yanıb. Bu barədə APA Agentliyi məlumat verir.
“Yanğın Göyçay rayonunun Bığır kəndində 25 hektarlıq biçilməmiş taxıl sahəsi və nar bağını məhv edib. Hazırda yanğın davam edir”, - məlumatda qeyd olunur.
Hava küləkli olduğundan yanğının qarşısını almaq çətinləşib. “Əraziyə FNH-nin Göyçay, İsmayılı, Ağsu rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun qarşısını almaq üçün tədbirlər görülür”, - agentlik qeyd edib. **
N.Abbasova