Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Bunu prezident İlham Əliyev deyib.
“Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Bakıda təntənəli şəkildə qeyd edildi. Bu il isə biz Xəzər dənizinin ən böyük ticarət limanının açılışını qeyd etdik. Beləliklə, ölkə qarşısında nəqliyyat sahəsində duran məsələlərin böyük hissəsini həll etmiş olduq. Bu tarixi layihələr bundan sonra uzun illər Azərbaycanın uğurlu inkişafını təmin edəcək”, - İ.Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəbildirib.
Onun sözlərinə görə, matın sonunda “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi olub.
“Bir neçə gündən sonra Türkiyənin Əskişəhər şəhərində (iyunun 12-də - İF)TANAP-ın rəsmi açılışı olacaq. Bu da böyük tarixi nailiyyətdir. Yəni, biz hər il böyük uğurlara imza ataraq ölkəmizi gücləndiririk və möhkəmləndiririk”, - prezident əlavə edib. **
A.Əzizov