Səhiyyə Nazirliyi tibb müəssisələrinin təmir-tikinti işlərinə 11,388 mln. manat məbləğində vəsait yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Səhiyyə Nazirliyi Şəmkir rayonunun Kür qəsəbəsində xəstəxana binasının tikintisi üçün “Ekspress İnşaat” MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 890,939 min manatdır”, - nazirlikdən bildiriblər.
Bundan əlavə, Maştağa qəsəbəsində 7 Saylı Birləşmiş Şəhər Xəstəxanasının yeni korpusunun tikintisinə dair “EL-Seym insaat”MMC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri 5 mln. 497,126 min manatdır. **
B.Rüstəmbəyov