“Azərpoçt” MMC elektron ticarət məhsullarının Azərbaycan ərazisindən tranzitini genişləndirməyi planlaşdırır. Bunu cəmiyyətin baş direktoru Emin Əfəndiyev deyib.
"Hazırda Azərbaycan poçtu dövlətlərarası elektron ticarət sistemində regional tranzit poçt mərkəzi kimi fəaliyyət göstərir. “Azərpoçt” e-ticarət məhsullarını poçt kimi emal edərək onların MDB ölkələri və digər regionlara daşınmasını və çatdırılmasını həyata keçirir. Bu əməliyyatları genişləndirmək məqsədilə hazırda Çində, Cənubi Koreyada və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə danışıqlar aparılır», - deyə o qeyd edib.
Baş direktor bildirib ki, bu danışıqların nəticəsi olaraq yaxın zamanlarda “Azərpoçt” iri həcmlərdə e-ticarət məhsullarının Azərbaycan üzərindən xarici ölkələrə daşınması və çatdırılmasını həyata keçirməyi planlaşdırır.*
N.Abbasova