“SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) layihə müqavilələri və onlarla əlaqədar risklərin idarə olunması məqsədilə Kanadanın “Coreworx” korporasiyasının məhsulundan istifadə edəcək. Bu barədə “Coreworx”un məlumatında deyilir.
“SOCAR Turkiye Enerji” layihə müqavilələri və planlaşdırılma mərhələsindən başlayaraq başa çatmasına qədər onlarla əlaqədar risklərin idarə olunması məqsədilə «Coreworx Contract Management»in qərarından istifadəyə lisenziya əldə etməyə dair çərçivə sazişi imzalayıb”, - məlumatda qeyd olunur.
“SOCAR ilə birgə fəaliyyəti səbirsizliklə gözləyirik və onun kommersiya uğuruna köməklik etməyə hazırıq. Bizim qərar sayəsində şirkət öz layihələrinə daha artıq nəzarət edəcək və anlayacaq, həmçinin risklərin qiymətləndirilməsi və idarəolunmasını mühüm dərəcədə yaxşılaşdıracaq”, - koprorasiyanın baş direktoru Con Gillberri bildirib. **
N.Abbasova