Rusiya Federasiyasının prezidenti Vladimir Putin şəxsi məsuliyyət və idarəçiliyin proqramlı prinsiplərinə tam keçidi RF-nin iqtisadi sıçrayışın əsas komponentləri adlandırıb.
“Sözsüz ki, biz məsuliyyəti şəxsləndirməliyik. Bu həmçinin hökumətin tərkbi ilə əlaqədardır, çünki vəzifələri formalaşdıran, həmin vəzifələrin reallaşdırılması ilə məşğul olacaq şəxslər də yaxşı hazırlaşıblar. Şəsxi məsuliyyət mütləq olmalıdır”, - V.Putin cümə axşamı “Birbaşa xətt”də bildirib.
Onun sözləronə görə, “bizim hazırlığa zamanımız yoxdur”.
Bundan başqa, V.Putin idarəçiliyin proqramlı prinsiplərinə keçidin zəruriliyini qeyd edir
“Proqramlı prinsiplə işə tammiqyaslı keçid lazımdır. Biz bu prinsipi bəzi sahələr və istiqamətıər üzrə təbiq etmişik. İndi bu cür proqramlı prinsip hər yerdə tətbiq olunmalıdır”, - V.Putin qeyd edib.
Prezident qeyd edib ki, bu prinsip səmərəliliyini nümayiş etdirib və bu cür üsulların tətbiqi üzrə təcrübə mövcuddur.
Onun sözlərinə görə, “nəyi və necə etməyə dair anlayış var”. **