Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan rusiyalı həmkarı Sergey Lavrovu Yerevana dəvət edib.
"Biz sizi Yerevanda gözləyirik", - deyə o, bu gün keçirilən birgə mətbuat konfransında bildirib.
Erməni nazir vurğulayıb ki, danışıqlar konstruktiv və açıq şəraitdə keçib.
Ermənistan və Rusiya XİN başçıları qeyd ediblər ki, danışıqların gedişində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə xüsusi diqqət ayrılıb.
"Rusiya həm Yerevan və Bakı ilə ikitərəfli münasibətlər kontekstində, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi amerikalı və fransalı həmkarlarla birlikdə qarşılıqlı münasib həllərin tapılmasında tərəflərə yardım edəcək”, - deyə S.Lavrov qeyd edib.
Z.Mnatsakanyan isə bildirib ki, Yerevan Rusiyanın münaqişənin sülh yolu illə həllinə yönəlmiş səylərini yüksək qiymətləndirir.
"Biz danışıqlar prosesinin irəliləməsi üçün şəraitin yaradılmasına yönəlmiş birgə səyləri davam etdirməyə hazırıq", - deyə o vurğulayıb.*
Глава МИД Армении назвал конструктивными переговоры с Лавровым, пригласил его в Ереван