Rusiyaya təzyiq, onun qərb tərəfdaşları Moskvaya qarşı hərəkətlərinin səmərəsiz olduğuna əmin olandan sonra başa çatacaq. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Tərəfdaşlarımız tətbiq etdikləri üsulların səmərəsiz, hamı üçün zərərli olduğuna əmin olandan sonra bu təzyiq başa çatacaq. Rusiya Federasiyasının maraqları ilə hesablaşmaq məcburiyyətində qalacaqlar”, - V.Putin vətəndaşlarla “Birbaşa xətt” zamanı bildirib.
O qeyd edib ki, Rusiya həm iqtisadiyyat, həm də təhlükəsizslik sahəsində “kobud şəkildə yox”, ardıcıl olaraq öz maraqlarını müdafiə edir və gələcəkdə etmək niyyətindədir. “Lakin biz hər zaman güzəştlər axtarırıq və buna can atırıq”, - prezident bəyan edib. **