Rusiya prezidenti Vladimir Putin bildirib ki, tez-tez özünə gülür, amma etiraf edib ki, son zamanlar ən gülməli zarafatlar ABŞ prezidenti Donald Tramp ilə əlaqədar olub.
“Bu yaxınlarda Almaniyanın çox məşhur nəşrlərindən biri yazıb ki, Tramp Avropanı Putinin əllərinə itələyir. Əgər bunu daha öncə səslənən Rusiyanın ABŞ-da seçkilərə təsir etməsi ilə birləşdirsək, bu kifayət dərəcədə gülünc səslənir: guya biz ABŞ prezidenti seçkilərinə təsir etmişik, o isə bunun müqabilində bizə Avropanı hədiyyə edib”, - V.Putin “Birbaşa xətt” zamanı son zamanlar nəyə güldüyü sualına cavabında bildirib.
Prezident əlavə edib: “Əsl cəfəngiyatdır. Bunu zarafatdan başqa heç nə adlandırmaq mümkün deyil”. **