2017-ci ildə birbaşa xarici investisiyaların ümumi həcmi ötən illə müqayisədə 23% azalaraq $1,43 trln. təşkil edib, bu da qismən dünyada istehsalın azalması ilə şərtlənir.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) yeni hesabatında deyilir ki, dünya ticarətində gərginliyin artması və ABŞ-da yeni vergi islahatları 2018-ci ildə investisiya fəallığına təsir edəcək. Hesabatın müəllifləri qlobal investisiyalar sahəsində ən son tendensiyaları təhlil edirlər və onların perspektivlərini qiymətləndirirlər.
Sənəddə qeyd olunur ki, 2017-ci il ərzində Azərbaycana beynəlxalq investisiyaların həcmi 36,3% - $2 mlrd. 867 mln.-a qədər azalıb.
Eyni zamanda, ötən il Azərbaycanın xaricdə birbaşa investisiyalarının həcmi 0,4% - $2 mlrd. 564 mln.-a qədər azalıb. **
A.Əzizov