Makedoniya Respublikasının prezidenti George İvanov azərbaycanlı həmkarı İlham Əliyevi yaxın zamanda Makedoniyaya səfərə dəvət edib.
“Bu ilin mart ayında Bakıda səmimi, açıq və dostluq şəraitində keçirilən son görüşümüzü böyük məmnunluqla xatırlayıram. Sizi yaxın gələcəkdə Makedoniya Respublikasında böyük məmnunluq hissi ilə qarşılayacağıma ümid edirəm”, - G.İvanovun Respublika Günü münasibətilə İ.Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
Makedoniya prezidenti Azərbaycanla əlaqələrin uğurla inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb. **
A.Əzizov