Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Məşqlərin ilkin mərhələsində gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, şəxsi heyətin üzməyə hazırlanması və döyüş uzlaşması tədbirləri icra olunub. Sonrakı mərhələlərdə gəmilər şərti düşmənin üzən minaları, dəniz və hava hədəflərini dəqiq atəşlə məhv ediblər”, - nazirlik qeyd edir.
Vurğulanib ki, təlim məşqlərinə cəlb olunan şəxsi heyət “qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib”. **
A.Əzizov