Təhsil Nazirliyi Xızı şəhərində 420 şagird yerlik 1 saylı tam orta məktəbin yeni binasının tikintisi üzrə podratçı seçir. Bu barədə nazirliyin elanında deyilir.
Seçim açıq tender yolu ilə keçirilir.
Tender təkliflərinin qiymətləndirilməsində əsas meyarlar bunlardır: ucuz qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında icrası, iddiaçıların ixtisas göstəriciləri və analoji işlərin yerinə yetirilməsi sahəsində təcrübə.
Tenderdə iştirak haqqı 200 manatdır.
Şirkətlər tender təkliflərini 2018-ci iyulun 13-ü saat 17.00-dək təqdim edə bilər. Tender proseduru iyulun 16-da baş tutacaq.
Telefon: (+99412) 465-73-48 (daxili: 11). Əlaqədar şəxs: Sirac Əliyev.*
N.Abbasova