Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 1 mlrd. 325 mln. 636,7 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-may aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 974 mln. 903,31 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-may aylarında dövlət büdcəsinə köçürmələr 35,9% artıb.
2018-ci ilin yanvar-may ayları ərzində dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 911 mln. 941,6 min manat, aksizlər üzrə 57 mln. 927 min manat, yol vergisi üzrə 14 mln. 294 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 341 mln. 474,1 min manat məbləğində olub.
2018-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 2 mlrd. 430 mln. manat məbləğində müəyyən edilib.*
N. Abbasova