Azərbaycanda yol nəqliyyat hadisəsi nəticəsində 15 nəfət xəsarət alıb. Bu barədə yerli mətbuat məlumat verib.
“Qəza cümə günü Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verib. Yol nəqliyyat hadisəsi nəticəsində “Ford” markalı mikroavtobus aşıb. 15 sərnişin xəsarət alıb”, - məlumatda qeyd olunur.
Bütün xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Fövqəladə Hallar Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, qəza “Mercedes” markalı minik avtomobili və “Ford” markalı mikroavtobusun toqquşması nəticəsində baş verib. Qəza zamanı mikroavtobusda xəsarət alan bir sərnişin köməksiz vəziyyətdə qalıb. Nazirliyin xilasediciləri həmin şəxsi müvafiq qaydada mikroavtobusdan çıxararıblar”, - nazirlikdən bildiriblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova öz növbəsində agentliyə bildirib ki, qəza zamanı xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır. “Onlar Şamaxı Şəhər Xəstəxanasına yerləşdirilib. Zərurət yaranarsa yaralılar Bakıda xəstəxanaya köçürülə bilər”, - o əlavə edib ki, YNH zamanı ümumilikdə 11 nəfər xəsarət almlş hesab olunur. **
A.Əzizov