Azərbaycanda sutkalıq neft hasilatının həcmi 729 min barel təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 1,7% azdır. Bu barədə OPEC-in saytında məlumat verilir.
“2016-cı ildə Azərbaycanda sutkalıq neft hasilatının həcmi 770 min barel təşkil edib. 2017-ci ildə bu göstərici 729 min barelədək azalıb”, - məlumatda deyilir.
Kartelin məlumatına əsasən, 2017-ci ildə ölkədə əmtəə qaz hasilatının illik həcmi 16 mlrd. 920 mln. kubmetr olub (2016-cı ilin göstəricisindən 3,4% azdır).
Ötən il Azərbaycandan 7 mlrd. 691 mln. kubmetr qaz ixrac olunub, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 0,9% çoxdur.
“2018-ci ilin əvvəlinə Azərbaycanda təsbit olunan neft və qaz ehtiyatlarının həcmi müvafiq olaraq 7 mlrd. barel, 1 trln. 277 mlrd. kubmetr təşkil edir. 2017-ci ildə ölkədə fəal qazma qüllələrinin sayı 2016-cı ildə 17-yə qarşı 18 təşkil edib”, - kartelin məlumatında qeyd edilir. **
N.Abbasova