Vaşinqton Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin başa çatmasından məmnundur.
TANAP qaz kəməri iyunun 12-də Türkiyədə işə salınıb. Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri iştirak ediblər.
"ABŞ TANAP qaz kəmərinin tikintisinin başa çatmasından və onun işə düşməsindən məmnundur”, - deyə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil bu gün jurnalistlərə bildirib.
O vurğulayıb ki, ABŞ əvvəldən Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir. “TANAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. Prezident İlham Əliyev ABŞ-ın və beynəlxalq maliyyə institutlarının bu layihəyə verdiyi güclü dəstəyi xüsusilə qeyd edib”, - deyə V.Gil vurğulayıb.*
A,Əzizov