«Azərmaş” avtomobil zavodu 2018-ci ildə 1,5 min ədəd avtomobil istehsal etməyi planlaşdırır. Bunu jurnalistlərə zavodun direktoru Emin Axundov deyib.
“Bu il ayda 160 ədəd avtomobil istehsal olunacaq. Onların 60 ədədi “Xəzər” LD, 100 ədədi isə "Xəzər" markalı olacaq. Bütövlükdə, 2018-ci ildə 1,5 min ədəd, 2019-cu ildə 3 min ədəd, 2020-ci ildə 5 min ədəd avtomobil istehsal olunacaq", - deyə o bildirib.
Direktorun sözlərinə görə, birinci mərhələdə avtomobillər Bakının Patamdar qəsəbəsində yerləşən satış mərkəzində satışa çıxarılacaq. Daha sonra paytaxtın digər rayonlarında və regionlarda da avtomobil salonları açılacaq.
E.Axundov qeyd edib ki, "Xəzər SD" markalı avtomobilin qiyməti 16 min manat, "Xəzər LD" markalı avtomobilin qiyməti isə 18 min manat olacaq. Avtomobilləri ilkin 20% ödəniş etməklə 4 illik lizinq şərtləri ilə almaq olar. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.*
B.Rüstəmbəyov