Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf edir. Bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının səfiri Mixail Boçarnikovun etimadnaməsini qəbul edəndən sonra söhbət zamanı bildirib.
“Ölkələrimiz arasında mövcud olan bu münasibətləri strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirirəm”, - prezident qeyd edib.
İ.Əliyev bu əlaqələrin gələcəkdə də uğurla və dinamik şəkildə inkişaf edəcəyinə əminliyini bildirdi.
M.Boçarnikov öz növbəsində vurğyulayıb ki, Rusiya prezidenti ona səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylər göstərmək barədə tapşırıqlar verib. O qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla inkişaf edir.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. **
B.Rüstəmbəyov