İtaliyanın “Simmetrico S.r.l.” şirkəti “Expo-2020” sərgisində Azərbaycan pavilyonunun tikintisi və dizaynı ilə məşğul olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyindən məlumat verilib.
"İqtisadiyyat Nazirliyi “Simmetrico S.r.l.” şirkəti ilə “Expo-2020” sərgisində Azərbaycan pavilyonunun tikintisi və dizayn edilməsi haqqında müqavilə bağlayıb”, - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 16 mln. 335 min avrodur.
“Expo-2020” 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 21-dək Dubayda keçiriləcək.*
A.Əzizov