“TurStat” agentliyi 2018-ci ilin I rübü ərzində Rusiyaya səfərlərə dair məlumatları təhlil edib.
Agentliyin məlumatına əsasən, hesabat dövrü ərzində Azərbaycandan Rusiyaya turist səfərlərinin sayı 193 min təşkil edib, bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 7% çoxdur. Rusiyaya turist səfərlərinin sayına görə, Azərbaycan 5-ci yerdə qərarlaşıb.
Bu il Rusiyaya səfər turizmi Cənub-Şərqi Asiya və Aİ-ə üzv ölkələrindən turistlərin sayı hesabına artır. Birinci rüb ərzində xarici vətəndaşların Rusiyaya turist səfərlərinin ümumi sayı 4,3 mln., ötən il ərzində - 24 mln. təşkil edib.
Birinci rübün yekunlarlı üzrə Rusiyaya səfər turizminin TO-10-a həmçinin Ukrayna, Qazaxıstan, Çin, Finlandiya, Polşa, Ermənistan, Moldova, Qırğızıstan daxildir. **
A.Əzizov