Prezident İlham Əliyev döyüş texnikası parkına qəbul olunan “POLONEZ” əməliyyat-taktiki raket kompleksi ilə tanış olub.
Xəbər verildiyi kimi, İ.Əliyev bazar ertəsi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Prezidentin saytında dərc olunan fotolarda göründüyü kimi, İ.Əliyev açılış çərçivəsində“POLONEZ” əməliyyat-taktiki raket kompleksi də görünür.
Öncə Rusiyanın “Kommersant” qəzeti Belarus Müdafiə Nazirliyinə yaxəın olan mənbəyə istinadən məlumat verib ki, Bakı 2018-ci ildə Minskdan “Polonez” raket sistemi ala bilər.
Məlumata əsasən, ilk müqavilə 10 komplekt raket sisteminin tədarükünü nəzərdə tutur (buna raketlər, nəqliyyat-doldurucu maşınları, idarəolunma məntəqəsi, radiolokasiya stansiyaları və s. daxildir).
Nəşrin hərbi-sənaye mənbələrindən biri qeyd edir ki, Azərbaycan çoxdan Belarus hərbi-sənaye kompleksi ilə maraqlanır “görünür, qiymət baxımından indi “Polonez” raket sistemi onların hərbi qüvvələrinin tələblərinə cavab verir”.
2017-ci ildə Azərbaycanın müdafiə naziri Zakir Həsənov Minska rəsmi səfər edərək Belarusun müdafiə-sənaye kompleksi ilə tanış olub. KİV tərəfindən yayılan həmin tədbirdən fotolarda müdafiə naziri “Polonez”in yanında görünüb. **
F.İsazadə