Azərbaycanın baş naziri Novruz Məmmədov bazar ertəösi Fransaya səfərə yola düşüb. Bu barədə “interfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
“N.Məmmədovun səfərinin məqsədi Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi münasibətilə keçiriləcək təqdimat mərasimində iştirak etməkdir”, - məlumatda deyilir.
Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb. Azərbaycan “EXPO 2025” beynəlxalq sərgisinin mayın 10-dan noyabrın 10-dək Bakıda keçirilməsi üçün müraciət edib. Azərbaycanın sərgi üçün təqdim etdiyi mövzu “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması”dır.
“Expo-2025” sərgisinin Bakıda keçiriləcəyi halda Azərbaycanın illik xərcləri 120 mln. avro təşkil edəcək.Ümumilikdə, “Expo-2025”-ə Bakının ev sahibliyi edəcəyi halda, illik xərclər 120 mln. avro təşkil edəcək
Qalib 2018-ci ilin noyabrında BİE-nin 164-cü Baş Assambleyasında 170 üzv dövlətin səsverməsi ilə müəyyənləşəcək.
“Exposition Universelle” sərgisi hər 5 ildən bir təşkil olunur. Sonuncu “Exposition Universelle” 2015-ci ildə Milanda (İtaliya) təşkil olunub. **
F.İsazadə