İsrail istehsalı olan “LORA”əməliyyat-taktiki raket kompleksi Azərbaycan Ordusu tərəfindən qəbul edilib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Prezident İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Prezident “LORA”əməliyyat-taktiki raket kompleksi ilə tanış olub.
İsrailin “Israel Aircraft Industries” (IAI) şirkətinin istehsalı olan bir pilləli bərk yanacaqlı ballistik raketli “LORA”əməliyyat-taktiki raket kompleksi düşmənin ərazilərinin dərinliyində infrastruktur elementləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi məqsədilə həm yerüstü, həm də dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələrində istifadə oluna bilər.
Kompleks 4 raketdən ibarətdir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıqdır.
Öncə İ.Əliyev bazar ertəsi “POLONEZ” əməliyyat-taktiki raket kompleksi ilə tanış olub. **
F.İsazadə