2018-ci ilin yanvar-may ayları ərzində “Qala Həyat Sığorta”nın sığorta haqları 6 mln. 439 min manat təşkil edib. Bu barədə “Qala Həyat Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Natiq Həsənov bazar ertəsi jurnalistlərə məlumat verib.
“Operativ məlumatlara əsasən, qeyd olunan dövrdə sığorta haqları 6 mln. 439 min manat təşkil edib. Onların əsas həcmi ölüm, istehsalatda bədbəxt hadisə və peşəkar xəstəliklər nəticəsində əmək qabiliyyətinin itirilməsi ilə bağlı hadisələrin payına düşüb”, - N.Həsənov qeyd edib.
Onun sözlərinə görə, 2018-ci ilin yanvar-may ayları şirkətin ödənişləri 8 mln. 682 min manat, həmçinin həyatın yığım sığortası üzrə 8 mln. 439 minə yaxın təşkil edib.
“2017-ci ilin naloji dövrü ilə müqayisədə haqlar və ödənişlərin həcmi azalıb, lakin, buna baxmayaraq şirkətimizə müştərilərin etimadının artımı müşahidə olunur”, - N.Həsənov qeyd edib.
O həmçinin məlumat verib ki, hazırda “Qala Həyat Sığorta”nın məhsullarını “Qala Sığorta” şirkətinin Bakı və bölgələrədəki 9 nümayəndəliyində əldə etmək mümkündür.
N.Həsənov o cümlədən bildirib ki, 2018-ci ildə şirkət əhaliyə təqdim olunan məhsulların çeşidinin genişləndirilməsinə yönəlib.
“Qala Həyat Sığorta” şirkəti 2011-ci ildən etibarən sığorta bazarında fəaliyyət göstərir və toplanan haqların həcminə görə aparıcı şirkətlərin 10-na daxildir. Şirkətin nizamnamə kapitalı 12 mln. 870 min manata bərabərdir. **
N.Abbasova