Bakı və Minsk tərəfindən davamlı iqtisadi əməkdaşlıq təməli qurulub. Belarus prezidenti Aleksandr Lukaşenko belə hesab edir.
A.Lukaşenko iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib. Bu barədə Belarus prezidentinin rəsmi saytında məlumat verilir.
“Hər iki dövlət hərtərfəli meydançalarda səmərəli əlaqələr qurur, əsas beynəlxalq problemlərə sair birgə mövqryi paylaşır. Birgə səylərlə davamlı iqtisadi əməkdaşlıq təməli qurulub, sənaye sahəsində bir sıra layihələr reallaşdırılır”, - A.Lukaşenkonun təbrik məktubunda deyilir.
O təsdiq edibh ki, ötən illər ərzində Belarus-Azərbaycan münasibətləri çox yüksək davamlı strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.
A.Lukaşenko əmindir ki, təməlində etimad ənənələrinin yer aldığı Belarus və Azərbaycan arasında münasibətlər iki dövlətin xalqlarının rifahı naminə gələcəkdə də dinamik şəkildə inkişaf edəcək. **
F.İsazadə