“Qala Həyat Sığorta” şirkəti “Zərərsiz və İtkisiz” adlı yeni məhsulu təqdi edib. Bu barədə şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Azər Əlizadə bu gün jurnalistlərə bildirib.
“Yeni məhsula həyatın yaşam sığortası və İstənilən səbəbdən ölüm halı daxildir. Bu növdən əmək qabiliyyəti olan 18-60 yaş arası vətəndaşlar yararlana bilər. Müqavilənin müddəti12 ay təşkil edir və bütün dünyada qüvvədədir”, - A.Əlizadə qeyd edib.
Onun sözlərinə görə, məhsul “A Paketi” və “B Paketi” üzrə təqdim olunub. Hər biri üzrə sığorta haqqı 150 manatdan başlayır.
“A Paketi” üzrə sığorta məbləği 500 manatdan başlayır. Ödənişlər ölüm riski üzrə sığorta məbləğinin 100%-i faydalanan şəxsə ödənilir. Yaşam halında sığorta haqqının 100%-i həcmində sığorta olunan və ya faydalanan şəxsə qaytarılır.
"B Paketi” üzrə sığorta məbləği 500 manatdan başlayır. Ödənişlər ölüm riski üzrə sığorta məbləğinin 100%-i faydalanan şəxsə ödənilir. Yaşam halında sığorta haqqının 60%-i həcmində sığorta olunan və ya faydalanan şəxsə qaytarılır;
“Bu məhsulun alıcıları həmçinin “Avropa Hüquq Xidməti” şirkətinin bütün xidmətlərindən istuifadı edə bilərlər. Bundan əlavə, “B Paketi”ni seçən müştərilər sığorta haqqı 2 min manatdan yüksək olduqda “Sfera” şirkətinin təqdim etdiyi beynəlxalq dərəcəli həkim məsləhətindən yaralana bilərlər. O cümlədən “Qala Sığorta”dan 1 il müddətinə 14 günlük səfər sığorta məhsulu hədiyyə edilir”, - A.Əlizadə vurğulayıb. **
N.Abbasova