Anar Həsənov “AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsinə rəsmi olaraq təsdiq olunub. Bu barədə bankdan məlumat verilir.
“Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP)Anar Həsənovun bu vəzifəyə təyinatı ilə bağlı bankın müraciətinə müsbət rəy verib”, - məlumatda qeyd olunur.
Bankın təsisçilərinin ümumi yığıncağında qəbul edilən qərara əsasən, A.Həsənov bu vəzifədə Rolf Reyxardtı əvəz edib.
Bu vəzifəyə təyinatdan öncə A.Həsənov bankın İdarə Heyətinin sədrinin birinci müavini və Baş Əməliyyat İnzibatçısıolub.
A.Həsənov bank sahəsində zəngin təcrübəyə malikdir və 15 ildən artıqdır “AccessBank”da çalışır. 2013-cü ilin sentyabr ayından etibarən A.Həsənov İdarə Heyətinin sədr müavini, 2017-ci ilin aprelində isə İdarə Heyətinin sədrinin birinci müavini və Baş Əməliyyat İnzibatçısıtəyin olunub. **
A.Əzizov