Azərbaycan hökuməti Norveçin “Equinor” şirkəti ilə bağlanmış Xəzərin Azərbaycan sektorundakı sahələrin işlənməsi haqqında 2 müqavilə üzrə təminat və öhdəlikləri təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Xüsusilə “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv struktur blokunun kəşfiyyatı və işlənməsi haqqında Production Shearing Agreement (PSA) tipli müqavilə və “Qarabağ” yatağının işlənməsi haqqında Risk Service Contract çərçivəsində təminat və öhdəliklər təsdiq edilib.
Hər iki sənəd prosedura uyğun olaraq təsdiqlənməsi və qüvvəyə minməsi üçün Prezident Administrasiyasına, daha sonra isə parlamentə təqdim edilməlidir.
Bu müqavilələr 2018-ci il mayın 30-da Bakıda SOCAR və “Equinor” şirkətləri arasında bağlanıb. Layihələrin həyata keçirilməsi üçün 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.*
A.Əzizov