İrir terror təşkilatının üzvü olan 27 nəfər İranda həbs olunub. Bu barədə İranın İnformasiya Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, qrupun üzvləri müqəddəs Ramazan ayında Tehranda və digər şəhərlərdə silsilə terror aktları törətməyi planlaşdırırdılar. "Onlar kiberməkanda təhdid xarakterli şəkillər dərc edərək İran xalqını qisas və qətllərlə qorxudurdular", - deyə məlumatda bildirilir.
İslam İnqilabının keşikçiləri qeyd ediblər ki, İraqdan daha 3 terror qrupunun İrana keçməsinin qarşısı alınıb, onlar itki veriblər.*