25-27 sentyabr tarixində “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentiyinə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
“Bu il ADEX sərgisi 25-27 sentyabr tarixində keçiriləcək. Hazırda sərgidə iştirak edəcək şirkətlərlə danışıqlar aparılır. Əksər şirkətlər öz iştiraklarını artıq təsdiq edib”, - nazirliyin nümayəndəsi bildirib.
“ADEX” Beynəlxalq Müdafiə sərgisi Bakıda 2014-cü ildən etibarən Azərbaycan prezidentinin hamiliyi ilə keçirilir. Sərginin təşkilatçısı Müdafiə Sənayesi Nazirliyidir. Sərgi iki ildən bir keçirilir. 2016-cı ildə sərgidə 34 ölkədən 216 şirkət iştirak edib. **
A.Əzizov