2018-ci ilin sonuna kimi Azərbaycan daha 12 ixrac missiyası təşkil etməyi planlaşdırır. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.
“Artıq Həştərxana təşkil olunan ticarət missiyası nəzərə alınaraq, 2018-ci ildə ixrac missiyalarının sayı 13 təşkil edəcək”, - Y.Abdullayev çərşənbə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İsveçrə, Monqolustan, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Almaniya, Səudiyyə Ərəbistanı, BƏƏ-yə bir, Rusiya və Çinə iki ixrac missiyası təşkil olunacaq.
“Həmçinin cari ilin sonuna qədər Azərbaycan 6 beynəlxalq sərgidə vahid stend ilə təmsil olunacaq”, - Y.Abdullayev vurğulayıb. **
F.İsazadə