İyunun sonuna qədər Azərbaycanın Ukraynada Ticarət Evi açılacaq. Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
“Cari ilin sonuna kimi Azərbaycanın Ukraynada Ticarət Evi açılacaq. Bundan əlavə, iyulda Latviyada bu cür evin açılmasını planlaşdırırıq”, - R.Məmmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin sonuna kimi Şanxayda (Çin) Azərbaycan Şərab Evinin açılışı nəzərdə tutulur.
“O cümlədən, Rusiya və BƏƏ-də Ticarət Evlərinin açılışını planlaşdırırıq. Həmçinin digər ölkələrdə bu cür evlərin açılması imkanlarını təhlil edirik”, - R.Məmmədov vurğulayıb.
Hazırda Belarusda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Məqsəd Azərbaycanın qeyri-neft məhsullarının ixrac həcmini artırmaqdır. **
F.İsazadə