Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Türkiyəyə səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İ.Əliyev bu gün Türkiyənin Əskişəhər şəhərinə səfərə gəlib. Burada iyunun 12-də Trans-Anadolu qaz kəmərinin açılış mərasimi keçiriləcək”, - məlumatda deyilir.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
17 mart 2015-ci il tarixində Türkiyənin Qars vilayətində Trans-Anadolu (Trans Anatolian Pipeline, TANAP) qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi $7,99 mlrd. həcmində qiymətləndirilir.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BOTAS - 30%, BP - 12%. **
B.Rüstəmbəyov