Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində ölkədə istehsal olunan siqarlara tətbiq edilən vergi dərəcəsinin 2 dəfə artırılmasını nəzərdə tutan dəyişiklik qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Vergi Məcəlləsinin 190-3.7-ci maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda istehsal olunan siqarların hər 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.*
A.Əzizov