Azərbaycan hökuməti və BMT 2021-ci ilə qədər respublika iqtisadiyyatının dayanıqlı inkişafına dair çərçivə sazişi üzrə 2017-ci ildə $16,5 mln. məbləğində layihələr həyata keçirib. Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
"2017-ci ildə BMT-Azərbaycan tərəfdaşlığı çərçivə sənədi üzrə $16,5 mln. məbləğində layihələr reallaşdırılıb", - deyə o, bu gün yüksək səviyyəli İstiqamətləndirici Komitənin iclasında bildirib.
Nazir müavininin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına dair çərçivə sazişinə əsasən 2016-2020-ci illərdə 72 mln. dollar məbləğində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
S.Həsənova əlavə edib ki, komitənin iclasında 2018-ci il üçün saziş çərçivəsində 3 əsas fəaliyyət istiqaməti müəyyən olunacaq.
O vurğulayıb ki, bu il saziş çərçivəsində Azərbaycan və BMT tərəfindən $18 mln. vəsaitin ayrılması planlaşdırılır.*
B.Rüstəmbəyov