“AzVirt” MMC Qırğızıstanda “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) nəqliyyat dəhlizinin yaxşılaşdırılması layihəsi 3 (Bişkək-Oş avtomobil yolu), Faza 4, Madaniyat-Jalal-Abad hissəsi, 507,5 km.-574,5 km.” layihəsi üzrə podrat müqaviləsi bağlayıb.
Mətbuatın məlumatına əsasən, iyunun 12-də Qırğızıstan Nəqliyyat və Yollar Nazirliyi bu layihə üzrə podratçı seçimini başa çatdırıb.
Layihəyə dair 4 şirkət təkiflər irəli sürüb: Xinjiang Beixin Road & Bridge Group Co. Ltd (Çin), Gezhouba Group Company (Çin), «Евротракт» Korporasiyası MMC (Rusiya) və “AzVirt” MMC (Аzərbaycan).
Tender təkliflərinin qiymətləndirilməsi nəticəsində müqavilənin icrası üçün $51 mln. 662,076 minə yaxın vəsait təklif edən “AzVirt” şirkəti qalib elan edilib. İşlər 36 ay müddətinə başa çatmalıdır.
Müqavilədə detallı layihənin hazırlanması və yolun tikintisi nəzərdə tutulur.
Madaniyat-Jalal-Abad yolunun yenidənqurulması Faza 4 üzrə Bişkək-Oş avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində həyata keçirilir və Avrasiya İnkişaf Bankı və Qırğızıstan hökuməti tərəfindən maliyyələşdirilir. **
A.Əzizov