Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Petro Poroşenkonun çərşənbə axşamı Əskişəhərdə (Türkiyə) görüşü olub. Bu barədə Azərbaycanın dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev və P.Poroşenko TANAP-ın açılış mərasimində iştirak etmək məqsədilə Türkiyəyə səfərə gəliblər.
Ukrayna prezidentinin mətbuat xidməti məlumat verir ki, dövlət başçıları bütün səviyyələrdə Azərbaycan-Ukrayna dialoqunun aktivləşməsindən mənunluq ifadə ediblər, həmçinin sektorlar üzrə əməkdaşlığın ikitərəfli mexanizmlərinin səmərəli işini qeyd ediblər.
İ.Əliyev və P.Poroşenko iqtisadi əməkdaşlığa dair Hökumətlərarası birgə Komissiyanın Kiyevdə keçiriləcək növbəti icasına hazırlıq çərçivəsində 2017-ci ilin yekunları üzrə iki ölkə arasında ticarət həcminin mühüm dərəcədə artımını qeyd ediblər.
Azərbaycan prezidenti Ukrayna tərəfini Cənub Qaz Dəhlizi layihəsində iştirak etməyə dəvət edib.
Həmçinin İ.Əliyev Kiyevdə Azərbaycan Ticarət Evinin açılması məqsədilə əlverişli şəraitin yaradılmasına görə P.Poroşenkoya minnətdarlığını bildirib.
“Energetika sahəsində əlaqələrin dərinləşməsinə xüsusi diqqət ayrılıb”, - məlumatda qeyd olunur.
Bundan əlavə, liderlər Ukrayna-Azərbaycan-Türkiyə üçtərəfli formatda qarşılıqlı səmərəli münasibətlərin gələcəkdə genişlənməsinə hazır oduqlarını bildiriblər.
“Dövlət başçıları iki ölkənin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair mövqeyin dəyişməz olduğunu qeyd ediblər. Həmsöhbətlər İ.Əliyevin Ukraynaya planlaşdırılan rəsmi səfəri çərçivəsində AzərbaycanRespublikasıvə Ukrayna Prezidentləri Şurasınınaltıncı iclasına hazırlığa dair fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır. **
F.İsazadə