Ankara və Bakı sünut etdilər ki, enerji layihələri müharibələrə deyil, birgə əməkdaşlığa zəmin yaradır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Reallaşdırılan enerji layihələri ilə biz nümayiş etdik ki, energetika müharibələrə deyil, birgə əməkdaşlıq üçün zəmin yaradır”, - R.T.Ərdoğan çərşənbə axşamı Türkiyədə TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasimində bildirib.
Onun sözlərinə görə, Türkiyə-Azərbaycan-Gürcüstan birgə əməkdaşlığı Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən başlayıb.
Türkiyə prezidenti vurğulayıb ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi ilə möhkəmlənib.
“Nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizini istifadəyə verdik, bununla da Londondan Çinə birbaşa dəmir yolunun yaradılmasına şərait yaratdıq. Bütün bu layihələr siyasi iradə və iqtisadi sabitliyin nəticəsidir”, - R.T.Ərdoğan qeyd edib.
Dövlət başçısı vurğulaylb ki, TANAP layihəsinin reallaşdırılması ilə Türkiyə enerji habına çevrilməsinə daha da yaxınlaşıb.
Lakin, prezidentin qeyd etdiyi kimi, TANAP-ın planlaşdırılması zamanı bəzi dairələr hesab edirdilər ki, bu layihə reallaşmayacaq. “Lakin biz Azərbaycanla səbrlə düzgün hesab etdiyimiz yol ilə irəlilədik. İndi qarşımızda yeni layihələr durur. Azərbaycan prezidenti İlham Əliyevə nümayiş olunan liderlik və təşəbbüsə görə minnətdarlığımı bildirirəm”, - Türkiyə prezidenti qeyd edib. **
F.İsazadə