Prezident İlham Əliyev çərşənbə axşamı Əskişəhərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüş zamanı olubikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə Azərbaycan liderinin rəsmi saytı məlumat verir.
“Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. İki ölkənin birgə həyata keçirdiyi mühüm qlobal layihələrin, o cümlədən TANAP layihəsinin əhəmiyyəti vurğulandı”, - məlumatda deyilir.
İ.Əliyev və R.T.Ərdoğan əminliklərini bildirdilər ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək və genişlənəcək. **
F.İsazadə