Uber şirkəti Ataman İncenin Uber-in Azərbaycan üzrə regional direktoru təyin olunduğunu elan edib.
“Bu postdaA.İnce Uber brendinin regionda gələcək fəal inkişafı, istifadəçi servisinin təkmilləşdirilməsi, partnyorlar vasitəsilə sürücülərlə yeni iş sxeminin qurulması və böyük partnyorlarla uzunmüddətli qarşılıqlı münasibətlərin yaradılmasına cavabdeh olacaq”, - deyə şirkətin məlumatında qeyd olunur.
"Bu, şirkətin quruluşunda yeni bir vəzifədir və onun yaradılması öncəki komandanın və A.İncenin regionda qarşısında duran yeni məqsədlərin məntiqi nəticəsidir.
“Uber-in Azərbaycanda regional direktoru bilavasitə “Uber ML B.V.” şirkətində Uber-in maraqlarını qoruyan Direktorlar Şurasına tabedir",- deyə şirkətin məlumatında bildirilir.
Regional direktor təyin edilməmişdən öncə, A.İnce 5 ildən çox Turkcell (Türkiyənin ən böyük mobil operatoru) şirkətində çalışıb və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrində servisin işinə cavabdeh olub.*
A.Əzizov