Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə sadiqdir. Bunu Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan bu gün səhər Minsk qrupunun həmsədrləri ilə görüdə deyib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər danışıqlar prosesinin irəliləməsi imkanlarını müzakirə edib, sülh mühitinin yaranmasının vacibliyini vurğulayıblar.*