AzərbaycanDövlət Sərhəd Xidməti (DSX) və Gürcüstanın Sərhəd Polisi“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında” saziş imzalayıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
Sənədi DSX rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstanın Sərhəd Polisinin rəisi Teymuraz Kekelidze imzalayıblar.
Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədindəki vəziyyət, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, dövlət sərhədinin delimitasiyası üzrə işlərin sürətləndirilməsi məqsədilə zəruri fəaliyyətin davam etdirilməsi, habelə gələcək illər üçün əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.*
F.İsazadə