2020-ci ildə Azərbaycan qazının Bolqarıstana tədarükünə başlanacaq və ölkənin qaz istehlakının 25-30%-i təmin olunacaq. Bunu Bolqarıstanın energetika nazirinin müşaviri Rozen Simitçev deyib.
"2020-ci ildən başlayaraq ildə 1 mlrd. kubmetr Azərbaycan qazı Bolqarıstana daxil olacaq. Bu, ölkənin qaz istehlakının 25-30%-ni təşkil edəcək", - deyə o, bu gün Bakıda “Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi” adlı konfransda bildirib.
Müşavirin sözlərinə görə, Bolqarıstan SOCAR-ın layihələrini dəstəkləyir və onların həyata keçirilməsində iştirak etmək istəyir.
R.Simitçev əlavə edib ki, Bolqarıstan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasını dəstəkləyir.
Qeyd edək ki, “Bulgargaz” və SOCAR arasında imzalanmış müqaviləyə əsasən Bolqarıstan 2020-ci ildən etibarən “Şahdəniz-2” çərçivəsində ildə 1 mlrd. kubmetr Azərbaycan qazı alacaq.*
B.Rüstəmbəyov