SOCAR 2018-ci ildə bir sıra yataqlarda qazma işlərinin aparılması və qaz idxalı ilə əlaqədar yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən 963,2 mln. manat alacaq
2018-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsi parlamentə təqdim edilib.
Dəyişikliklərə əsasən, SOCAR-a 963,2 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur.
Bu vəsaitlər iki istiqamət üzrə ayrılacaq. SOCAR tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə qazma işlərinin aparılması məqsədi ilə dövlət dəstəyi olaraq SOCAR-ın nizamnamə kapitalının artırılması üçün 663,2 mln. manat və idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün şirkətə 300 mln. manat subsidiyanın ayrılması nəzərdə tutulub.*
A.Əzizov