Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Moskvada futbol üzrə dünya çempionatın açılış mərasiminə gələn dövlət və hökumət başçıları, o cümlədən Boliviyanın prezidenti və Livanın baş naziri illə bir sıra görüşlər keçirəcək.
“V.Putinin bu gün futbol üzrə dünya çempionatın açılış mərasiminə gələn və gələcək dövlət və hökumət başçıları ilə bir sıra görüşləri olacaq. Xüsusilə, Putin bu gün Azərbaycan, Ruanda, Boliviya prezidentləri, həmçinin Livan və Ermənistanənm baş nazirləri iə ayrıca danışıqlar aparacaq”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. **